Şəfəq Anarı yerinə oturtdu: "Ermənilərdən..." - QALMAQAL
Bizi izləyin

Magazin1

Şəfəq Anarı yerinə oturtdu: "Ermənilərdən..." - QALMAQAL

Şou biznesdə növbəti qalmaqal stilistlər arasında yaşanıb. Qalmaqal video üstündə olub. Stilist Şəfəq bir video hazırlayıb. Həmin videoda stilist Azərbaycan bayrağını modelin üzündə təsvir edib.

Publika.az xəbər verir ki, stilist Şəfəqin hazırladığı həmin videonun uğurunu, deyəsən, həmkarı Anar Ağakişiyev həzm edə bilməyib. O, həmkarını ermənilərdən ideya oğurlamaqda ittiham edib.

Anar Ağakişiyevin atmacalarına stilist Şəfəqin cavabı özünü çox gözlətməyib:

“Nə qədər aciz, nə qədər gülünc, nə qədər zəif görünürdülər. İlahi, nitqim qurudu. Necədə içləri dolu imiş, necə də varlığımdan əsəbləşirmişlər. Xaricdə hansı tanınmış birisi yenicə addımlayan bir uşağa baş qoşar. Bunu ancaq zəif, dəbdən düşmüş stilistlər edər. Mən 17 ildir ki, bu sahədə öz sözümü demişəm”.

Stilist Şəfəq qarşı tərəfin onun adının “heyvan dəftərində olmaması” deməsinə də münasibət bildirib:

“Bu sözlərlə səviyyənizi göstərdiniz. Məni təhqir etdiniz. Ancaq mən təhqir etməyəcəm. Çünki mən xanım-xatın Şəfəqəm. Allah məni sevir. Əziyyətimlə bu yerə gəlib çıxmışam. Dünyadakı heç bir stilistdən geri qalmıram”.

Stilist Şəfəq ermənilərdən oğurladığı deyilən ideya ilə bağlı da öz sözünü deyib:

“Bu videonun ideyasnı atam, xalq artist Ramiz Novruz verib. Bir də ki, videoda qeyri-adi bir şey yoxdur ki, biz onu ermənilərdən götürək. Biz bu videonun ideyasını türk əsgərlərindən, futbol həvəskarlarından, Amerika əsgərlərindən götürmüşük”.

Söz-söhbətə səbəb olan videonu təqdim edirik:

Anar Ağakişiyev iddia edir ki, guya videonun ideyası ermənilərdən oğurlanıb. Ermənilər videonun eynisini 2015-ci ildə hazırlayıb.

Məlumat üçün bildirək ki, “YouTube” videoizləmə portalında 5-6 il əvvəl yüklənən eyni məzmunlu videolar saysız-hesabsızdır.

Publika.az onlardan bir neçəsini təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm