“Anar Ağakişiyev yaşlı qadınları...” - QALMAQAL
Bizi izləyin

Magazin1

“Anar Ağakişiyev yaşlı qadınları...” - QALMAQAL

Stilist Anar Ağakişiyevin həmkarı Şəfəq Novruzova ilə bağlı iddiası həmkarları arasında ciddi etirazla qarşılanıb. İdeya oğurluğu iddiası ətrafında başlayan qalmaqala artıq başqa stilistlər də qoşulub.

Məşhur stilist Anar Məmmədov (Şanel Anar) Publika.az-a açıqlama verərək stilist həmkarı Anarı qınayıb:

“Anar haqsız yerə Şəfəqin qızını ittiham edir. O, uşaqdır. 19 yaşı var. Şəfəqə və Anara hörmətim sonsuzdur. Amma Anara, sadəcə peşəkar kimi hörmət edirəm, insan kimi yox. Anar Şəfəqi plagiatlıqda ittiham edir. Anarın işlərinə baxsaq, 90 faizi plagiatdır”.

Məmmədov həmkarının oğurluqlarını da sadalayıb:

“Anar yaşlı qadınları makiyaj edərək gözəlləşdirməyə başlayıb. Bu, özü də oğurluq və plagiatdır. Dünya şöhrətli vizajist var. Adı Samer Komezdir. İlk olaraq yaşlı qadınları vizaj edərək dəyişən o olub. Anar da ona baxıb bunu təkrar etdi”.

O, Ağakişiyevin özünü “vətənpərvər” kimi qələmə verməyə çalışdığını deyib:

“Anarın dedikləri irad deyil. Bu, sadəcə paxıllıqdır. Əgər sən belə irad bildirirsənsə, vətənpərvərsənsə, zəng et Şəfəqə. De ki, qızın düzgün hərəkət etməyib. Bunu ondan əvvəl ermənilər edib. Beləcə, Şəfəq də ona izahat verərdi. Məsələ aralarında həll olunardı. O isə, bundan özünüreklam məqsədi ilə istifadə etdi. Guya indi Anarın əməli vətənpərvərlik oldu?”

Məmmədov Şəfəqin peşəkar olduğunu vurğulayıb:

“Şəfəq çox güclü stilistlərdən biridir. Onu çoxdan tanıyıram. Şəfəq atası Ramiz Novruzun hesabına bu sənətə gəlməyib. O, atası, xalq artisti Ramiz Novruzdan da məşhurdur”.

Stilist, həmçinin ötən il özünün bıçaqlanma faktını da xatırladıb:

“Xatırlayırsınızsa, ötən il məni bıçaqlamışdılar. Bıçaqlanmanın səhərisi gün Anar mənə zəng edib elə sözlər dedi ki, bilmirdim səhhətimlə maraqlanım, yoxsa Anarın dediklərini fikirləşim. Mənə dedi ki, bezmədin qondarma adı üstündə daşımaqdan? Bıçaqlandın da, ağlın başına gəlmədi? Mən bu sözləri hüquq-mühafizə orqanlarına desəydim, onu çağırıb izahat alacaqdılar. Deməli, sən bıçaqlatdırmısan ki, belə sözlər deyirsən... Doğum şəhadətnaməmdən tutmuş, şəxsiyyət vəsiqəmə kimi hər yerdə adım Anardır: Məmmədov Anar Rafiq oğlu. Azərbaycan vətəndaşıyam. Mən də, Şəfəq də əsl azərbaycanlıyıq. Vətəndaşı olduğumuz ölkə də Azərbaycandır. Bu, bizim şəxsiyyət vəsiqəmizdə də yazılıb. Amma Anar haranın vətəndaşı olduğunu özü çox yaxşı bilir. O, Azərbaycan vətəndaşı deyil. Odur ki, getsin vətəndaşı olduğu ölkədə fironluq etsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm