Nüşabə Ələsgərli ölən anası və bacısından yazdı
Bizi izləyin

Magazin1

Nüşabə Ələsgərli ölən anası və bacısından yazdı

Əməkdar artist Nüşabə Ələsgərli depressiyadadır. Bunu onun “Instagram” səhifəsində etdiyi paylaşımlardan da açıq görmək olar. Belə ki, həsrət, nisgil və dünyaya nifrət dolu statuslar paylaşan əməkdar artist itkiləri ilə barışa bilmir.

Publika.az xəbər verir ki, əvvəlcə anasını, ondan bir neçə həftə sonra bacısını itirən müğənni ötən ilin sonundan yalnız kədər dolu paylaşımlar edir. Onun bir neçə saat öncə etdiyi son paylaşımında ölən bacısı və anasının birgə fotosu yer alıb:

“Kaş yenə o günlər olardı. Anam və bacım yan-yana... Zəhləm getdi bu dünyadan. Mənim üçün səhər olur, axşam olur. Bir də xatirə dəftərim – “Instagram”. Vəssəlam. Ürək sözlərimi bura yazıram. Gündəlik kimi... Xatirə kimi... Bu dünyada ayrılıq və ölümdən pis heç nə yoxdur”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm