Xəyyam Nisanov: “Bu, biabırçılıqdır”
Bizi izləyin

Magazin1

Xəyyam Nisanov: “Bu, biabırçılıqdır”

“Mən heç İlham Mirzəyevi tanımıram. Onu heç görməmişəm. Bu nə xəbərlərdir? Elə indi oxudum. Bu biabırçılıqdır. Ayıbdır belə şeylər yazmaq”.

Bu sözləri Publika.az-a müraciət edən müğənni Xəyyam Nisanov deyib. Onun qəzəblənməsinə səbəb yerli mediada müğənninin adından hazırda həbsdə olan teleaparıcı İlham Mirzəyev haqda yazılan fikirlər olub.

Xatırladaq ki, bu gün Xəyyam Nisanova istinadla İlham Mirzəyevin səhhəti haqda xəbərlər yayılıb:

"Çox kədərli xəbər eşitdim və dəhşətə gəldim. Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic olub, sol tərəfi işləmir. Allah şəfa versin".

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm