Əmrə Kınay Bakıya gəlir
Bizi izləyin

Magazin1

Əmrə Kınay Bakıya gəlir

Fevralın 14-də Türkiyənin teatr-kino aktyoru Əmrə Kınay Heydər Əliyev Sarayında konsert proqramı ilə pərəstişkarlarının görüşünə gələcək.

Publika.az xəbər verir ki, konsertdə sənətçini Özgür Sevincin dirijorluğu ilə “Sinema simfoni” müşayiət edəcək.

Əmrə Kınay 1970-ci ilin martında İstanbulda sənətçi ailəsində anadan olub. 1990-cı ildə Memar Sinan Universiteti Dövlət Konservatoriyasına daxil olub. İkinci kursda oxuyarkən, müəllimi Zəliha Bərksoyun dəvəti ilə teatrda çalışmağa başlayıb. Teatrla yanaşı, bir çox filmlərdə də rol alan Əmrə Kınay “İlan hekayəsi”, “İki ailə”, “Günəşi beklerken”, “Ah kalbim”, “Günəşin qızları” seriallarında baş rolları canlandırıb.

Türkiyədə olduqca çox sevilən və populyar olan aktyor Əmrə Kınay ölkəmizdə ilk konsertini verəcək. Bu konsert Sevgililər günündə Əmre Kınayı sevənlər və ümumiyyətlə, sənətsevənlər üçün möhtəşəm hədiyyə olacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm