87 yaşlı Əlibaba Məmmədov: “Bunu mənə irad tutanda…”
Bizi izləyin

Magazin1

87 yaşlı Əlibaba Məmmədov: “Bunu mənə irad tutanda…”

Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədovun doğum günüdür.

Sevilən sənətkarımız doğum günü təəssüratlarını Publika.az-la bölüşüb:

“Neçə vaxtdır ki, səhhətimdə yaranan problemlərə görə, müalicə olunurdum. İndi yaxşıyam, nəfəsim gedib-gəlir. Zarafat deyil, 87 yaşım tamam olur. Səhərdən durmadan zəng edib, xoş sözlər deyirlər. Televiziyalar da lent yazılarımı səsləndirir, təbrik edirlər. Hamınız sağ olun ki, məni yad edirsiniz”.

Xalq artisti ilk təbriki ailə üzvlərindən aldığını deyib. Hədiyyə sevmədiyini söyləyən Əlibaba müəllim bunu belə izah edib:

“İnsanlara əziyyət verməkdən, xərcə salmaqdan xoşum gəlmir. Mənim üçün əsas olan ürəkdən gələn xoş sözdür. Mehribançılığı sevirəm, bu illər ərzində heç kimin xətrinə dəyməmişəm, pislik etməmişəm. Ömrümdə bir tələbəyə iki qiymət yazmamışam, imtahandan kəsməmişəm.

Mənə müəllim yoldaşlarım bunu irad tutanda demişəm ki, onun iki almasına səbəbkar biz özümüzük. Deməli, bildiklərimizi onlara yaxşı öyrətməmişik”.

Ustad xanəndə ən böyük arzusunu da dilə gətirdi: “İstəyirəm, həmişə əmin-amanlıq, xoşbəxtlik olsun, hər kəs səadət içində yaşasın”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm