Murad “Gəl, gülüm” deyəcək
Bizi izləyin

Magazin1

Murad “Gəl, gülüm” deyəcək

Gənc müğənni Murad Mehrəliyev yeni mahnı üzərində çalışır.

Publika.az-a açıqlama verən ifaçı yaxın günlərdə mahnısını dinləyicilərin ixtiyarına verəcəyini deyib:

“Yeni mahnı üzərində iş gedir. Mahnı “Gəl, gülüm” adlanır. Mahnını çox bəyəndim. Ona görə klip çəkdirməyi də planlaşdırıram. Amma belə soyuq havalarda yox. Klip çəkilişlərinə yazda başlayacağıq. Pop janrında olan mahnıdır. Mahnıda həm lirika var, həm də dinamika”.

Qeyd edək ki, “Gəl, gülüm” mahnısının sözləri və musiqisi Sadiq Məmmədova aiddir. Aranjemanı isə Rasim Məmmədov edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm