Flora Kərimova: “Röyadan heç vaxt sənətkar olmayacaq” – VİDEO
Bizi izləyin

Magazin1

Flora Kərimova: “Röyadan heç vaxt sənətkar olmayacaq” – VİDEO

ATV telekanalında müğənnilərin top 10-luğunu bu həftə müğənni Elton Hüseynəliyev seçib. Onun seçimini isə xalq artisti Flora Kərimova qiymətləndirib.

Publika.az xəbər verir ki, Elton münasibətdə olmadığı müğənnilər haqda qalmaqala səbəb olacaq fikirlər bildirib.

Elton 10-cu pilləyə Günay İbrahimlini layiq bilib: “Bu sənətçi xanımın həm ifası, həm sənəti çox gəncdir. Hələ öz sözünü deməyib”.

Küsülü olduğu xalq artisti Aygün Kazımovanı Elton 4-cü pilləyə layiq görüb: “4-5 illik dostluğumuz olub, indi danışmırıq. Həm özünə, həm də sənətinə hörmətim var. Aygün xanımın şou-biznesdə etdiyi işləri hamı edə bilməz”.

Flora Kərimova isə hər zaman Aygün Kazımovanın fantaziyalarına məəttəl qaldığını bildirib.

Elton 3-cü pilləyə Natəvan Həbibini yerləşdirib: “Natəvan çoxu üçün bek vokal ifa edib. Hərçənd bunu bir çox müğənnimiz özünə rəva bilmir”.

Flora Kərimova isə Natəvanla eyni məkanda olarkən üşüdüyünü bildirib: “Bizim münasibətlərimiz hamar deyil. İçimdə nəsə ona istilik göstərməyimə mane olur. Aramızda böyük bir aysberq var. Natəvandan insan kimi üşüyürəm. Onda istiqanlılıq yoxdur”.

Elton 2-ci pilləyə küsülü olduğu Brilliant Dadaşovanı layiq bilib: “Biz onunla danışmırıq.O, paxıl insandır. Mən onun sənətini qəbul edə bilmirəm. Əgər Dadaşova yaxşıya yaxşı deyə bilmirsə, o, sənətkar ola bilməz!”

Flora Kərimova isə onunla razılaşmayıb: “Mən heç vaxt Brilliant xanımı ikinci pillədə görə bilmərəm. O, yeni vokalın təməlini qoyub”.

1-ci yerə isə Röya layiq görülüb: “Onunla danışmırıq. Heç vaxt da danışmayacağıq. Onun oxuduğu mahnı hitdir. Baxış sayı da çoxdur. Bu etdiyim isə bir jestdir”.

Flora Kərimova isə Röya barədə daha kəskin fikirlər bildirib: “Ürəyi dinləndirən, inləndirən mahnı olmasa, o müğənni ürəyinizi dinləndirə bilər? Yox! Elədiyi iş isə repertuarından asılıdr. Bu gün mahnı var, sabah yox. Röya illərlə gündəmdə ola bilər, ancaq o, böyük mənada sənətkar ola bilməz. Onun gözəl mahnıları var. Sənətkara texnika lazımdır. Röyanın heç bir mahnısı obraz baxımından bir-birindən fərqlənmir”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm