Nadir Qafarzadə: “Mənə “bəxtəvər” deyənlər bilmirlər ki...” – VİDEO
Bizi izləyin

Magazin1

Nadir Qafarzadə: “Mənə “bəxtəvər” deyənlər bilmirlər ki...” – VİDEO

"Mən ölümdən qorxmuram. Öləndə xətrinə dəydiyim, mənlə küsülü olan insanlardan nigaran getmək istəmirəm".

Bunu müğənni Nadir Qafarzadə deyib.

Publika.az xəbər verir ki, ifaçı Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamasında son vaxtlar sosial şəbəkələrdə paylaşdığı bədbin statuslara aydınlıq gətirərəkən etiraflar da edib:

"Keçmişdə bir çox səhvlərim olub. Fikirləşmədən bəzi addımlar atmışam. Bu gün onları təkrarlamaq istəmirəm. Hər kəslə mehriban olmaq istəyirəm. Bu yaxınlarda Flora xanımla barışdım, küsülü qalmaq istəmədim. Düşünürəm ki, doğru addım atmışam. Mən sözümə bütövəm, Bakı küləyi kimi dəyişmirəm. Yaltaq insanları, söz gəzdirənləri sevmirəm. Məndə nə varsa, üzdədir".

Tanınmış sənətçi yaşadığı problemlərdən danışıb:

"Bilən yoxdur, bağrım başı yaradır. Mənə "bəxtəvər" deyənlər bilmirlər ki, içim özümü yandırır, çölüm başqasını. Kövrəlmək istəmirəm, amma bəlkə də dərdim, problemim hamıdan çoxdur. Sadəcə, mənfi enerjini ötürmək istəmirəm. O, mənim problemimdir, özüm həll edə bilərəm".

Müğənni, bu yaxınlarda 45 yaşının tamam olacağını, amma təmtəraqlı doğum günü keçirməyəcəyini bildirib:

"Bu yaxınlarda doğum günüm olacaq. 45 yaşım tamam olur. Hamı mənə deyir ki, mütləq qeyd elə, gələk, şənlənək. İnsanları xərcə salmaq, özüm də xərcə düşmək istəmirəm. Ailələrinə xərcləyəcəkləri pulla mənə hədiyyə almaqlarını istəmirəm".

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm