İlhamənin köməkçisi bu gün mətbuata müraciət edəcək
Bizi izləyin

Magazin1

İlhamənin köməkçisi bu gün mətbuata müraciət edəcək

“Günahsız bir qadının həbsi dözülməzdir. Həyat yoldaşımın tezliklə həbsdən azad olunaraq evinə dönməsini gözləyirəm. Haqsız yerə ittiham olunmaq çox ağırdır”.

Xalq artisti İlhamə Quliyevanın həbs etdirdiyi keçmiş köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov Publika.az-a belə deyib. M.Hüseynovanın ailəsi, nəvəsi üçün çox darıxdığını bildirib:

“Mehriban ailəsi üçün çox darıxır. Başına gətirilən bu dəhşətli hadisədən sonra özünə gələ bilmir. Bu gün yenidən mediaya, xalqa müraciət edəcək. O vaxta qədər ki, bu haqsız ittihamlar onun üzərindən götürülsün”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm