Tolik: “Elton kişilikdə də, sənətdə də hamıdan öndədir”
Bizi izləyin

Magazin1

Tolik: “Elton kişilikdə də, sənətdə də hamıdan öndədir”

Tolik xalq artisti Aygün Kazımova ilə Elton arasında yaranmış gərginliyi yumşaltmağa çalışıb.

Publika.az xəbər verir ki, Tolik “Instagram” səhifəsində Eltonla Aygün Kazımova arasında yaranmış gərginliyə münasibət bildirib. Tolikin statusunu olduğu kimi təqdim edirik:

“Aygün Kazımovanın etdiyini doğurdan da, heç kim edə bilməz. Etsələr də, o vaxtla indiki dövr arasında böyük fərq var. Bu, danılmazdır. Ola bilər, A. Kazımova Eltondan inciyib. Bu, normal haldır. Mənə isə maraqlıdır, sizə nə düşüb? Niyə ortalığa düşmüşünüz? İndi mən öz səhifəmdə Aygün xanım haqqında pis nəsə yazsam, hamımız mənə qoşulacaqdınız?

Birincisi, Aygün xanımla Elton özü bilər. İkincisi də, şou-biznesdə kişi, amma, sözün əsl mənasında, kişi müğənnilər yığışsa, istər kişilikdə, istərsə də, sənətdə Elton onların hamısından öndə olar! Odur ki, Aygün Kazımovayla Eltonun küsülülüyünə başqa üçüncü insanın adını yapışdırmayın!”

Vaxtilə bir çox məşhur müğənnilərin, o cümlədən, Aygün Kazımovanın prodüseri olmuş Tolik hazırda Eltonla işləyir.

Xatırladaq ki, ötən gün Eltonun “ATV Maqazin onlarla” verilişində xalq artistləri və müğənnilər haqda dediyi sözlər Aygün Kazımovanın ürəyincə olmadığı üçün bu barədə sosial şəbəkədə Eltona sərt ismarış yollamışdı.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm