Deputat nazir qarşısında məsələ qaldırdı - Publika.az-ın yazısına REAKSİYA
Bizi izləyin

Magazin1

Deputat nazir qarşısında məsələ qaldırdı - Publika.az-ın yazısına REAKSİYA

Xalq artisti, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın Şəkidə doğulub boya-başa çatdığı mülk onun ev muzeyi ola bilər.

Bu barədə onun bacısı Rəfiqə Axundova Publika.az-a açıqlamasında deyib.

R.Axundova bildirib ki, onun saytımıza müsahibəsindən bir neçə gün sonra millət vəkili Qənirə Paşayeva məsələyə reaksiya verib.

Xatırladaq ki, bacısı həmin müsahibəsində Şəfiqə xanımın son arzusundan danışıb. Bildirib ki, bəstəkar Şəkidə doğulub boya-başa çatdığı və müəyyən səbəblər üzündən başqasına satılan dədə-baba evinin onun ev muzeyi olmağını arzulayıb. Lakin pulları olmadığından 10 min manata satılan həmin evi geri ala bilməyib.

Milli Məclisin deputatı Qənirə Paşayeva da bəstəkarın arzusu barədə məhz Publika.az-dan xəbər tutub:

“Böyük bəstəkarımız, xalq artisti, Şərqdə ilk opera yazan qadın olaraq tarixə düşən Şəfiqə Axundovanın bacısının müsahibəsini saytınızda oxudum. İlk reaksiyamı da məhz sosial şəbəkə vasitəsi ilə verdim. Rəfiqə xanımın səsləndirdiyi fikirlərə qoşularaq Şəki rayon icra hakimiyyətindən, icra başçısı Elxan müəllimdəm Şəfiqə xanımın son arzusunu həyata keçirmələrini xahiş etdim. Bununla bağlı rəsmi müraciət də hazırladıq. Bu gün müraciətlər müvafiq qurumlara göndəriləcək”.

Millət vəkili bəstəkarın adına Şəkidə və paytaxt Bakıda küçə, mədəniyyət obyekti verilməsi məsələsini də gündəmə gətirib:

“Doğulduğu Şəkidə onun adının əbədiləşdirilməsi bu qədim diyarımız üçün də fəxr olmalıdır. Şəkiyə gələn turist üçün Şərqdə ilk opera yazan qadının ev muzeyini ziyarət etmək çox maraqlı olacaq. Bu, Şəkinin adını daha da ucaldar. Ümid edirəm ki, səsimizi və çağırışımızı Şəki Rayon icra başçısı Elxan müəllim, mədəniyyət və turizm nazirimiz Əbülfəz müəllim eşidəcək və əsərləri, hər gün zövqlə dinlədiyimiz gözəl mahnıları ilə könlümüzdə taxt qurmuş əziz Şəfiqə xanımın adının əvədiləşməsi üçün addımlar atılacaq. Çətinliklərlə dolu bir ömür sürmüş Şəfiqə xanımın da ruhu şad olacaq”.

Rəfiqə Axundovanın Publika.az-a müsahibəsini buradan oxuya bilərsiniz.

http://publika.az/p/122918

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm