Müğənnimizə sevgilisindən qiymətli hədiyyə – FOTO
Bizi izləyin

Magazin1

Müğənnimizə sevgilisindən qiymətli hədiyyə – FOTO

Müğənni Sevda Kazımovaya brilliant qaşlarla bəzədilmiş qızıl dəsti hədiyyə edilib.

Publika.az-a açıqlama verən sənətçi gecəyarı aldığı hədiyyədən məmnun qaldığını deyib:

“Bu gün doğum günümdür. Hədiyyə də o münasibətlədir. Bu günün ilk hədiyyəsi sayılır”.

Maraqlıdır, hədiyyə kimdəndir?

Müğənni bunu da gizlətməyib:

“Sevgilimdən. Hər zaman mənə qiymətli hədiyyələr etməyi sevir. Doğum günümü də elə gecə ilə təbrik etdi. Bilir ki, bəzək əşyalarını çox sevirəm. O da məni sevindirmək istəyib. Deyə bilərəm ki, istəyinə nail oldu”.

Sevgilisinin kim olduğuna gəlincə:

“Həyat yoldaşım mənim sevgilimdir. Ən qiymətli hədiyyələri də məhz ondan alıram”.

Qeyd edək ki, Sevda Kazımovanın həyat yoldaşı ona ötən il də avtomobil hədiyyə edib:

“Bəli, ötən il də avtomobil hədiyyə etmişdi. Ancaq ondan sonra ikinci avtomobili də alıb”

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm