
ATV-nin aparıcı Vüsalə Əlizadənin qızı Diləyin doğum
günüdür.
Publika.az xəbər verir ki, qızının 4 yaşını
qeyd edən aparıcı övladını “İnstagram” səhifəsində belə təbrik
edib:
“Döyünən ürəyim, canım qızım... Allahım səni mənə çox görməsin.
Həyatımın ən böyük uğuru, ölümüm bahasına qazandığım sərvətim, nə
yaxşı ki, bu addımı atmışam. Risk edən güclü qadın olmuşam. Çox
şükürlər olsun Allahıma, səni mənə verən Rəbbimə... Doğum günün
mübarək olsun, Diləyim. Ana olmaq bu deməkdir... Heç bir mövzuda
söz qarşısında aciz qalmayan Vüsalə, bayaqdan əllərim titrəyir.
Allah hamının balasını saxlasın, mənim də bircə balamı, cənnət
payımı”.
Cəvahir