• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Günay İbrahimlinin Moskva konsertinə biletlər satılmayıb?

  • Magazin1
  • 10 Fevral 2016 16:15
  • 1 329 Baxış
Günay İbrahimlinin Moskva konsertinə biletlər satılmayıb?

Müğənni Günay İbrahimlinin Moskvada baş tutacaq konserti təxirə düşüb. Müğənni bunu təşkilatçının öz üzərinə düşən vəzifəni icra etməməsi ilə izah edib.

Əldə etdiyimiz məlumata görə, müğənninin konsertinin təxirə düşməsinin əsl səbəbi biletlərin satılmamasıdır. Məlumatda bildirilib ki, konsertin mütəmadi olaraq reklamı getsə də, müğənninin Moskvada yaşayan azərbaycanlılar arasında kifayət qədər tanınmaması öz nəticəsini verib. Bilet satışını artırmaq məqsədi ilə “Qala” qrupunun solisti Ceyhun Əliyev də konsertə qonaq müğənni kimi dəvət edilib. Lakin bu da bilet satışına təsir göstərməyib.

Konsertin təşkilatçısı Samirə Zeynalova Publika.az-a açıqlamasında satılan biletlərin artıq 2 gündür geri qaytarıldığını bildirib:

“Bu, dünya ulduzlarının da başına gələ bilər. Konsertin təxirə düşməsinin səbəbi isə müğənni ilə təşkilatçı arasında qalmalıdır. Bundan artıq heç bir cavab verə bilmərəm. Günay mənim üçün doğma və əziz insandır”.

Müğənni isə konsertin baş tutmaması barədə yerli mediaya açıqlama verib. O, konsert təşkilatçısını günahlandıraraq bildirib ki, təşkilatçı üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.

Xatırladaq ki, Günay İbrahimlinin sözügedən konserti fevralın 14-də Moskvanın “Korolevskiy” konsert salonunda nəzərdə tutulurdu.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR