69 yaşlı cazibədar aktrisa: “Buna görə cavan qalmışam”
Bizi izləyin

Magazin1

69 yaşlı cazibədar aktrisa: “Buna görə cavan qalmışam”

“Doktor dedi ki, yalnız, Yetər ona dərmandır…”

“Ulduz” filminin gözəl-göyçək Yetəri - əməkdar artist, tanınmış aktrisa və florist Suğra Bağırzadə doğum gününü qeyd edir.

“Ulduz”, “Alma almaya bənzər”, “Güllələnmə təxirə salınır”, “Yuxu”, “Sonuncu şahid” və digər filmlərdə yaddaqalan obrazlar yaradan aktrisanı biz də təbrik etdik.

Təəssüratlarını Publika.az-la bölüşən S.Bağırzadə doğum gününü iş başında keçirdiyini deyib:

“Hazırda serial çəkilişindəyəm. Səhərdən hər kəs məni təbrik edir, xoş sözlər deyir. Evə gedəndə də yəqin ki, ailə daxilində doğum günümü qeyd edəcəyik”.

Aktrisa hər zaman belə gözəl və gənc qalmasının səbəblərindən də danışıb:

“Yaponların gözəl bir deyimi var: qadının işi güllə bağlı olarsa, o, hər zaman xoşbəxt olacaq. Mən də ekibana ilə məşğulam və hər zaman çiçəklərin əhatəsində oluram. Bu da məni xoşbəxt edir, yəqin buna görə cavan qalmışam”.

S.Bağırzadə yaşlanmaqdan qoxmadığını da digə gətirib:

“Məncə, qadın yaşlanmaqdan qorxmamalıdır. Əgər o, gözəldirsə, daxili gözəlliyi simasında əks olunursa, paxıl deyilsə, pozitiv enerjisi ilə ətrafdakıların diqqətini cəlb edirsə, niyə də yaşdan qorxsun. Əsas olan xoşbəxtlik hissidir. İstənilən yaşda özünüzü xoşbəxt hiss edirsinizsə, demək ki, yaşın əhəmiyyəti yoxdur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm