Rəqqasə Fatimə ağır xəstəliyə tutuldu - VİDEO
Bizi izləyin

Magazin1

Rəqqasə Fatimə ağır xəstəliyə tutuldu - VİDEO

Rəqqasə Fatimə Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Publika.az xəbər verir ki, rəqqasə tutulduğu ağır xəstəlikdən danışıb: "Bir dəfə də demişdim ki, mən qəfildən düşəcəm. Bir neçə gündür ki, çox pisəm, ağrılarım çoxdur. Dostlarım da deyir ki, Fatimə, gözlərindəki çılğınlıq, parıltı sönüb. Göz-nəzərə çox inanıram, özümü çox nəzərə gətirirəm. Özümü saxlaya bilməyib, çox şeyi paylaşıram. Həmin andaca boynumda ağrılar başlayır. İstilik gəlir, su içində oluram. Bayıra çıxıram, soyuq dəyir, hiss etmirəm, sonra da sümüklərim ağrımağa başlayır. Boynumda və belimdə problemlər yaranıb. Belimdəki problemi masajla həll etdilər".

Fatimə, xəstələndiyini sosial şəbəkədə paylaşdığı üçün tənqid olunduğunu da bildirib: "Xəstələndiyimi sosial şəbəkələrdə paylaşdım. Dostlarım, sevənlərim mənə dedilər ki, tez o yazdığını poz, sənə yaraşmır elə yazmaq. Dedim ki, pozmayacam. Yaxşı günümü paylaşıramsa, pis günümü də paylaşmalıyam. Amma inanıram ki, yaxşılaşacam".

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm