
Müğənni Zamiq Hüseynov efirdə haqqında çıxan dedi-qodulardan danışıb:
“Deyirdilər ki, “Zamiq narkomandır”. Amma Zamiq heç içki də
içmir. Çox nadir hallarda içki içirəm. Mənə o qədər pis təsir
etmişdi ki... Zamiq çox yaxşı kişinin övladıdır. Gələcəkdə mənim də
övladlarım deyəcək ki, “Yaxşı kişinin oğluyam”.
Z.Hüseynov müğənni İradə İbrahimovaya bir vaxtlar evlilik təklif
etməsi ilə bağlı şayiələrə də son qoyub:
“Yalandır, elə şey olmayıb. Yaxın gələcəkdə ailə quracam. Xoşuma
gələn insan var. İnşallah xasiyyətimiz də uyğun gələr”.
Cəvahir