Nadir Qafarzadə İlhamə Quliyeva haqda danışdı
Bizi izləyin

Magazin1

Nadir Qafarzadə İlhamə Quliyeva haqda danışdı

Xalq artisti İlhamə Quliyeva hələ də qalmaqalı ilə gündəmi zəbt edib.

Publika.az xəbər verir ki, köməkçisinin tutulması ilə son günlər başı qalmaqaldan açılmayan İlhamə Quliyevaya müğənni Nadir Qafarzadədən gözlənilməz dəstək gəlib. O, bəzi insanların İlhamə Quliyevanı həzm edə bilmədiklərini yazıb:

“Azərbaycan mədəniyyəti və incəsənətində öz dəsti xətti olan xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli böyük sənətkar İlhamə Quliyeva, siz dahisiniz. Mənim sənətkarım! Sizin sənətinizi görüb həzm etməyənlər mədəniyyətdən kənar adamlardır. İllərin sənətkarı, vaxt gələcək sizin nə böyüklükdə sənətkar olmağınızı bir daha anlayacaqlar. Cabir Novruzun sözü ilə desək, sağlığında qiymət verin insanlara. Artıq əskik söz yazan hər kəs blok olunacaq.

Hər kəs İlhamə Quliyeva ola bilməz. Elə sənətkarlar var ki, onlar əvəzolunmazdır. Guya hamı mələkdir, heç kim səhv etmir? Hər kəs etdiyi əmələ görə cavab verəcək”.

Qeyd edək ki, müğənninin bu statusu sosial şəbəkədə birmənalı qarşılanmayıb. Onun tərəfini tutanlarla yanaşı, Qafarzadəni yaltaqlıq və qorxaqlıqda ittiham edənlər də olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm