Brilliantın bacısından evlilik proqramında gözlənilməz AÇIQLAMA - VİDEO
Bizi izləyin

Magazin1

Brilliantın bacısından evlilik proqramında gözlənilməz AÇIQLAMA - VİDEO

Xalq artisti Brilliant Dadaşovanın bacısı və aktyor Rafael Dadaşovun keçmiş həyat yoldaşı, aktrisa Sədaqət Dadaşova "Zuhal Topalla izdivaç" verilişində şok açıqlama verib.

Publika.az baku.ws-ə istinadən bildirir ki, verilişə bir kişi zəng edərək Sədaqət Dadaşova ilə 27 il əvvəl sevgili olduğunu deyib. Həmin şəxsin zəng etməsini aktrisa birmənalı qarşılamayıb və etirazını bildirib. Aktrisa Asif adlı kişi ilə 27 il əvvəl tanış olduğunu, 7 il eşq yaşadıqdan sonra ayrıldıqlarını bildirib. Dadaşova Asif adlı kişidən 20 yaşlı bir övladının olduğunu deyib:

"27 il əvvəl tanış olmuşduq. Münasibətimiz 7 il davam etdi. 7 ildən sonra ondan bir övladım oldu. O, mənimlə evlənməyə söz versə də, evlənmədi, mən də ayrıldım. Mənim dörd övladım var, onun üçü öz əmioğlumla (Rafael Dadaşovu nəzərdə tutur - red.) evliliyimdən olub, bir oğlum isə Asifdəndir. Nahaq buraya zəng edib. Bizim aramızda hər şey bitib".

Ancaq telefon bağlantısında olan kişi adının Əsgərolduğunu bildirib. Bundan sonra verilişdə qeyri-müəyyən anlar yaşanıb. Növbəti buraxılışda hər şeyə aydınlıq gələcək.


Qeyd edək ki, Sədaqət Dadaşova "Zuhal Topalla izdivaç" proqramına Oqtayadlı bəy üçün namizəd kimi qatılmışdı. Oqtay bəylə razılığa gələ bilməyən aktrisa verilişdə qalaraq iştirakını davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm