Nazənin jurnalisti məhkəməyə verdi
Bizi izləyin

Magazin1

Nazənin jurnalisti məhkəməyə verdi

Müğənni Nazənin jurnalist Əfruzə Ağayevanı məhkəməyə verib. Əldə etdiyimiz məlumata görə, Nazənin, oğlunun nikahdankənar uşağının olması faktının ictimailəşdirilməsi ilə bağlı jurnalistə qarşı iddia qaldırıb.

Bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirən müğənni iddiasını Publika.az-a belə əsaslandırıb:

“Həmin "bakirə qız" deyə təqdim etdikləri qadın 9 yaş oğlumdan böyükdür. Üstəlik, yüngüləxlaqlı biri olub. Əfruzə onu bakirə kimi qələmə verir. Guya bununla onlar mənim ailəmə, imicimə zərbə vururlar. Həmin qadınla münasibəti olanda oğlum subay olub. Üstəlik, uşaq doğulana qədər bundan xəbəri olmayıb. Məqsədi də, sadəcə, oğlumu tora salmaq olub. Oğlum ondan uşaq doğmağını istəməyib. Həmin qızı mənimlə düşmən mövqedə olan müğənni və onun mətbuat katibi ortaya salıb. Bir də ki, ortada bir günah varsa, bunun üçün məhkəmə var. Niyə məndən narazı olanlar ancaq Əfruzəyə açıqlama verir? Lap tutaq ki, ona müraciət edirlər... Bəs həmin məsələlərlə bağlı mənim mövqeyimi niyə öyrənmir? Gülürəm belə şeylərə. Əfruzə hər dəfə birtərəfli qaydada məni şərləyir. Fikrimi öyrənmədən məqalələr yayımlayır. Mən də ondan məhkəmədə soruşacam ki, bəs mənim fikrimi niyə öyrənmirsən? Nə vaxt mənə zəng ediblər, mən onlara açıqlama verməkdən imtina etmişəm? Olmaz belə! Məndən qurtarıblar, indi də keçiblər balama. Buna göz yummaram. Başqa bir məsələ. Xəbərlərində qızın təvəllüdünü niyə qaralayırlar? Adını niyə gizlədirlər? Camaatın onu qınayacağından qorxurlar? Onlar qorxursa, mən deyim: Pirazova Tamilla Piraz qızı 1976-cı il təvəllüdlüdür. Mənim oğlum isə 1984-cü il dekbarın 28-də anadan olub. Mən onların məqsədini yaxşı bilirəm. Sadəcə, uşağımın ailəsini dağıtmaq istəyirlər. Bu, mümkün deyil. Bunu demək istəməzdim, ancaq məni buna məcbur edirlər. Uşaq doğulandan sonra bir neçə kişinin DNK analizi keçirildi. Axırda atası mənim oğlum çıxdı. Hüquqi yol nədirsə, biz də onu etdik. Uşağa soyadımızı verdik. Hər ay da 103 manat aliment kəsilib. Gedin maraqlanın ki, ora 1 manat borcum var, ya yox? Varsa, gəlin mənə nə istəyirsiz deyin”.

Publika.az məsələ ilə bağlı müğənni Nazəninin məhkəməyə verdiyi jurnalist Əfruzə Ağayeva ilə də əlaqə saxlayıb. O, Nazənin ilə məhkəmədə görüşməyə qorxmadığını və gördüyü işdə qüsur olmadığını bildirib. Bir jurnalist kimi araşdırma apardığını deyib:

"Mən jurnalistəm. Vəzifəm yazmaqdı. Əgər Təranə xanımla münasibətim yaxşıdırsa, bu o demək deyil ki, o, məni nəyəsə vadar edib. KİV haqqında qanuna əsaslanaraq, mənə gələn məlumatı yazmışam. Qərəzsiz və şərhsiz. Qarşı tərəfin rəyini dərc etməyə hazır olduğumuzu qeyd etmişik. Nazənin xanımla da əlaqə saxladıq ki, o da açıqlama versin. Nazənin xanımın ünvanıma səslndirdiyi fikirlərdən şoka düşdüm. Halbuki o xanımla heç bir ədavətim yoxdur. Məni məhkəməyə verə bilər, hüququdur. Mən də əlimdə olan, yazdığım və bu günə kimi yazmadıqarım sübutları təqdim edərəm. Amma Nazənin xanıma heç kəs haqq verməyib ki, qızı yaşda olan gənc xanıma artıq-əksik nəsə desin. Olmaz. Məhkəmədə onunla üzləşməyə də hazıram, əlimdə olan sübutları təqdim etməyə də... Əgər mən bu məsələyə qərəzli yanaşsam, heç vaxt onun fikirlərini verməzdim. Etikadankənar cavab verməyi hər kəs bacarır, amma Nazənin xanım unutmasın ki, jurnalisti təhqir edib, söymək, onu nədəsə günahlandırmaq Azərbaycan Jurnalistikasının etik qayda-qanunlarına zidddir. Və mən bir Azərbaycan xanımına o cür danışığı yaraşdırmadım. Sadəcə bir söz deyirəm ki, kim necə tərbiyə görübsə, necə əhatəsi olubsa, elə də rəftar edir. Təranə xanımla aralarında olan ədavəti məhkəmədə həll edirlər. Özləri bilər. Məni alət eləmək lazım deyil. Qələmimə hörmət edirəm və heç vaxt icazə vermərəm ki, Nazənin xanım kimi ifaçılar məni təhqir etsinlər və ya mənim üstümə şər atsınlar. Əgər o məhkəməyə verəcəksə, mən də onu məhkəməyə verəcəyəm. Biz müğənniyik məgər, bizi də artıq məhkəməyə verirlər? Versin, cavabını da alacaq. Biz mediyayıq. Bütün jurnalist həmkarlarımı da bir olmağa səsləyirəm".

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm