Həmidə Ömərova qayınana oldu
Bizi izləyin

Magazin1

Həmidə Ömərova qayınana oldu

Xalq artisti, tanınmış aktrisa Həmidə Ömərova uzun fasilədən sonra yeni filmə çəkilib.

Bu barədə Publika.az-a aktrisa özü açıqlama verib.

“Çoxdan idi ki, filmlərə dəvət almırdım. Əslində, heç film də çəkilmirdi. Ötən il rejissor Kənan Musayevin “Zaman adlı qatar” tammetrajlı filmində rol almışam. Çəkilişlər yay fəslində aparıldı. Ana, eyni zamanda, qayınanayam. Ürəyimcə olan bir obrazdır. Aktrisanın bir arzusu var, o da filmə çəkilməkdir. Film artıq hazırdır. Yaxın zamanlarda premyerası baş tutacaq”, -aktrisa deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm