Mətanət İsgəndərli: “Onun yanında özümü yaxşı hiss etmirəm”
Bizi izləyin

Magazin1

Mətanət İsgəndərli: “Onun yanında özümü yaxşı hiss etmirəm”

Müğənni Mətanət İsgəndərli sevmədiyi insanlardan danışıb.

Publika.az xəbər verir ki, ifaçının bəyənmədiyi şəxslər arasında teleaparıcılar da var. Bu səbəbdən, o, verilişlərə təklif alarkən onları dərhal qəbul etməyə tələsmir.

“Səhnəyə çıxıramsa və yanımda digər şəxs də olacaqsa, mütləq həmin insanla ruh yaxınlığım olmalıdır. Auramız uyğun gəlməlidir. Mən sənət adamıyam. Ümumiyyətlə, sənət adamları çox həssas olur. Hətta çıxacağım verilişdə aparıcının kimliyi də mənim üçün çox önəmlidir. Əgər aparıcı xoşuma gəlmirsə, həmin verilişə də çıxmıram. Düşmən mövqedə olduğumu demirəm. Sadəcə, elə aparıcılar var ki, onun yanında özümü yaxşı hiss etmirəm. Yəqin, bu, ruh yaxınlığının olub-olmaması ilə bağlıdır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm