Xalq artisti: “Rusiyada “Limuzin”də gəzir”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Rusiyada “Limuzin”də gəzir”

Xalq artisti, tanınmış müğənni Yalçın Rzazadə qarderobunun həyatında oynadığı roldan danışıb.

Publika.az-a açıqlama verən sənətkar hər zaman stili ilə fərqləndiyini də deyib:

“Sənət adamı evdən çıxanda özünə diqqət yetirməli, gözəl geiynməli, davranışlarını nəzərə almalıdır. Çəngəl-bıçağı hansı əldə tutmağı öyrənmək olar, amma mədəniyyət içdən, soydan gəlməlidir. Mən də ziyalı ailəsindən çıxmışam, hər zaman gözəl, şıq geyimlərimlə fərqlənmişəm. Bu gün də qarderobumun rəngarəng və fərqli olmasına çalışıram”.

Xalq artisti hər zaman sadəliyi ilə seçildiyini də dilə gətirib:

“Bu yaxınlarda mağazaya getmişdim. Orda iki qız mənə yaxınlaşıb şəkil çəkdirdi. Qızlardan biri Rusiyadan gəldiyini dedi və heyrətlə soruşdu ki, xalq artistisiniz, nə əcəb, mağazadan özünüz alış-veriş edirsiniz? Əlavə etdi ki, Rusiyada sənət adamları sadə deyil, “Limizin”də, bahalı markalı avtomobillərdə gəzir. Mən ona dedim ki, əsil sənətkar sadə olmalıdır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm