Xalq artisti “Qaçaq qocalar”dan danışdı
Bizi izləyin

Magazin1

Xalq artisti “Qaçaq qocalar”dan danışdı

Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcı heyəti Türkiyədən qastrol səfərindən qayıdıb. Qardaş ölkədə Elçin Hüseynbəylinin “Qaçaq qocalar” əsəri əsasında əməkdar artist Nofəl Vəliyevin quruluşunda hazırlanan tamaşası nümayiş olunub. Səhnə əsəri anşlaqla qarşılanıb.

Bu sözləri yaradıcı heyətin rəhbəri, xalq artisti Hacı İsmayılov Publika.az-a açıqlamasında bildirib.

H.İsmayılov qeyd edib ki, ittifaqın “rejissor” laboratoriyasında xalq artisti Cənnət Səlimovanın rəhbərliyi ilə hazırlanan tamaşa Türkiyənin Bozüyük şəhərində keçirilən “Beynəlxalq Metristəpə Teatr günləri” və Antalya Böyükşəhər Teatrı tərəfindən təşkil olunmuş “Qonaq teatrlar” layihəsi çərçivəsində təqdim olunub.

10 gün davam edən qastrol səfəri çərçivəsində tamaşa müxtəlif şəhərlərdə 6 dəfə nümayiş olunmasına baxmayaraq, hər dəfə maraqla qarşılanıb. Nəticədə yaradıcı heyət Antalya Böyükşəhər Bələdiyyəsinin iki mükafatı ilə təltif edilib.

Sonra tamaşanın yaradıcı heyəti səfər təəssüratlarını KİV təmsilçiləri ilə bölüşüblər.

Qeyd edək ki, səhnə əsərində rolları əməkdar artist Nofəl Vəliyev, aktyorlar Kərəm Həsənzadə, Bəhruz Vaqifoğlu və Məsumə Babayeva ifa ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm