
Bir müddət öncə bir-biriləri ilə düşmən olan əməkdar artist Elnarə Abdullayeva və müğənni Xatirə İslam barışıb.
Publika.az xəbər verir ki, hər iki sənətçi sosial
şəbəkədə fotolarını paylaşaraq, küsülülüyə son qoyduqlarını nümayiş
etdiriblər. Çəkiliş məkanlarının birində qarşılaşan həmkarlar
barışıq addımı atıblar.
Qeyd edək ki, E.Abdullayevanın “Oğluma heç vaxt müğənni qız
almaram” sözləri şou-biznesdə qalmaqala səbəb olmuşdu. Onun bu
sözlərinə etiraz edən Xatirə qarşı tərəfin ünvanına ittihamlar
yağdırmışdı.
Cəvahir