Aparıcının ikiüzlülüyü üzə çıxdı – FOTOLAR
Bizi izləyin

Magazin1

Aparıcının ikiüzlülüyü üzə çıxdı – FOTOLAR

Teleaparıcı Fira maraqlı layihəyə imza atıb.

Publika.az-a açıqlamasında o, “face art” etdirdiyini deyib. Belə bir niyyətinin çoxdan olduğunu söyləyən aparıcı arzusunun indi reallaşdığını bildirib:

“Çox fikirləşdim ki, kim bu istəyimi reallaşdıra bilər. Nəhayət, Mirvari xanımla tanış oldum. Onun əl işlərini çox bəyəndim. Mənim üçün 3 obraz yaratdı. Onlardan biri ağ və qara simadan ibarətdir. Bu, ikiüzlü insanları göstərir. İkinci obrazda qızıla bürünmüşəm. Bu da hər xanımın qızıla, daş-qaşa sevgisini nümayiş etdirir. Üçüncüsü isə, qlamur xanımlara işarədir. İnanıram ki, bu işimiz çoxunun marağına səbəb olacaq”.

Fira, növbəti planından da danışıb. Belə ki, onun növbəti işi “body art” olacaq, özü də çılpaq:

“Bu dəfə çılpaq “body art” etməyi düşünürəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm