Arif Quliyev: “Kişilər yalnız onlara sponsorluq edirlər”
Bizi izləyin

Magazin1

Arif Quliyev: “Kişilər yalnız onlara sponsorluq edirlər”

Xalq artisti, tanınmış aktyor Arif Quliyev gileylidir. Xəstəliyinə görə çalışdığı Musiqili Komediya teatrından ayrılan aktyorun dediyinə görə, hərdənbir filmlərə çəkilir. Filmlərdən aldığı cüzi qonorar isə hətta kiçik maddi problemlərini də həll etmir.

“Filmlərdən çox az qonorar alıram, bir çəkiliş günü üçün 150 manat. Bu məbləğ o qədər azdır ki, evə gedib çatana qədər qurtarır. Əlbəttə, bu, zarafatdır. Amma hər zarafatda da bir həqiqət var. Arzu edərdim ki, Azərbaycanda film çəkən gənc rejissorlara dəstək göstərsinlər ki, həm ürəkləri istəyən filmi çəksinlər, həm də dəvət etdikləri aktyorlara istədiyi məbləği versinlər. Təssüf ki, Azərbaycanda film çəkənlərə sponsorluq etmirlər. Kişilər yalnız xanımlara sponsorluq edir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm