Murad yeni mahnısını təqdim etdi: “Gəl, gülüm” – AUDİO
Bizi izləyin

Magazin1

Murad yeni mahnısını təqdim etdi: “Gəl, gülüm” – AUDİO

Gənc estrada müğənnisi Murad Mehrəliyev dinləyicilərini yenidən sevindirib.

Publika.az xəbər verir ki, müğənni “Gəl, gülüm” adlı yeni mahnısını onların ixtiyarına verib. Mahnısından ağız dolusu danışan ifaçı bu mahnının ona uğur gətirəcəyinə inanır:

“Mahnı seçimində çox həssasam. Çalışıram ki, dinləyiciyə keyfiyyətli musiqi təqdim edim. Bu mahnını da seçmək asan iş olmadı. Yenə də çalışdığım komandaya sadiq qalmışam. Çünki məni qane edən musiqilər yazırlar. İnanıram ki, mahnı gənclərin ürəyincə olacaq”.

Murad, həmçinin yazqabağı adıçəkilən mahnıya klip çəkdirəcəyini də bildirib.

Qeyd edək ki, mahnısının söz və musiqisi Sadiq Məmmədova məxsusdur. Mahnının aranjimanını isə Rasim Məmmədov edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm