Elvin Abdullayev: “Toyda kamera tutanlar indi rejissorluq edir”
Bizi izləyin

Magazin1

Elvin Abdullayev: “Toyda kamera tutanlar indi rejissorluq edir”

Müğənni Elvin Abdullayev yerli rejissorlardan gileylənib.

Publika.az xəbər verir ki, ATV-yə açıqlama verən ifaçı rejissorları qınayıb:

“Yaxşı, peşəkar rejissorlarımız yüksək məbləğdə qonorar istəyir. Bu, tamamilə başadüşüləndir. Ancaq bəzi yeni başlayanlar da var ki, onlar da çox qonorar tələb edir. Əlbəttə ki, onlarla işləmərəm. Çalışaram ayda-ildə bir iş görüm. Amma keyfiyyətli iş görüm. Yaxşı rejissorlarımız çox azdır. Məsələn, mən son dövrdə 3 klip çəkdirmişəm. Heç biri burada çəkilməyib. Rejissorları da xaricdəndir. Mən yerli rejissorların işinə baxanda onları qınayıram. Demirəm ki, Azərbaycanda rejissor yoxdur. Sadəcə, indi toyda kamera tutanlar gəlib klip çəkib, rejissorluq edir. Bu, acınacaqlıdır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm