Bir mahnının tarixi: "Sənə də qalmaz" - Rəşid, Müslüm, Plasido, Rafet... Elnur - VİDEOLAR
Bizi izləyin

Magazin1

Bir mahnının tarixi: "Sənə də qalmaz" - Rəşid, Müslüm, Plasido, Rafet... Elnur - VİDEOLAR

Tofiq Quliyevin Rəsul Rzanın sözlərinə bəstələdiyi “Sənə də qalmaz" - kompozisiyası onun yaradıcılığının ən gözəl nümunələrindən biri sayılır.

Publika.az xəbər verir ki, “1news.az” mahnının tarixçəsinə nəzər salıb, ən yaxşı ifaçılarını xatırlayıb:

Mahnı XX əsrin 40 və 60-ci illərində yazılıb. Tanqo-caz qarışıq ritmlər və Azərbaycan musiqi ornamentləri ilə müşayiət olunan mahnının ilk ifaçısı Rəşid Behbudov olub. O, qastrol səfərlərində mahnını rus və fars dillərində də ifa edib.

Sonralar mahnını Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusif, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər də oxuyub.

"Sənə də qalmaz" həm azərbaycanlı, həm də xarici: Türkiyə və İran ifaçılarının repertuarında da yer alıb. Tofiq Quliyevin şah əsəri uzun illərdir yaşayır və hər bir ifaçı öz yaradıcılığında bu mahnıya xüsusi yer verir. Yeri gəlmişkən qeyd edək ki, gənc bəstəkar Muxtar Abseynov bu yaxınlarda ölməz əsərə müraciət edib. O, "Sənə də qalmaz" kompozisiyasını yeni versiyada təqdim edib və ona video rolik çəkib. Gənc bəstəkarın bu ifası sosial şəbəkə istifadəçiləri arasında müsbət rezonans doğurub.

"Sənə də qalmaz" mahnısını digər tanınmış müğənnilərin ifasında oxuculara təqdim edirik.

"Sənə də qalmaz" Lütfiyar İmanov, Rauf Atakişiyev, Gülağa Məmmədov və Müslüm Maqomayevin repertuarını da bəzəyib. Müslüm Maqomayev əsər haqqında fikirlərini belə ifadə edib:

“Onun yazdığı çox sayda mahnılar bütün ölkədə, eləcə də, Sovet İttifaqında populyardır. O, hətta cəmi 1-2 mahnı yazsaydı belə, onu əminliklə “böyük ustad” adlandırmaq olardı. O əziz şəxs Tofiq Quliyevdir”.

XX əsrin 70-cı illərinin əvvəllərində Vaqif Mustafazadə bu mahnını kvartetdə ifa edib.

1992-ci ildə Yaltada beynəlxalq müsabiqədə sözügedən mahnını Faiq Ağayev, həmçinin Sərxan Sərxan da oxuyub.

Tofiq Quliyevin şah əsərini türkiyəli müğənni Rafet El Roman və əslən azərbaycanlı olan britaniyalı müğənni Sami Yusif də öz repertuarına daxil edib.

"Sənə də qalmaz" mahnısı Dinara Əliyeva ilə opera müğənnisi Plasido Dominqonun ifasında da səslənib.

Elnur Hüseynov "O səs Türkiyə" müsabiqəsində bu mahnını ifa edib.

Kompozisiyanın ifaçıları arasında Amil Həsənoğlu, Aqşin Abdullayev, Elton İbrahimov və Ramil Qasımovun da repertuarına da daxil edilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm