Aygün Kazımova: “İlhamə Quliyeva kimdir ki, mənə qadağa qoysun?”
Bizi izləyin

Magazin1

Aygün Kazımova: “İlhamə Quliyeva kimdir ki, mənə qadağa qoysun?”

İlhamə Quliyeva baltalamağında olsun. Amma bu dəfə kimisə deyil, başına bəla olan dilini...

Publika.az xəbər verir ki, bunu xalq artisti Aygün Kazımova yerli mediaya müsahibəsində yaradıcılığındakı yeniliklərdən danışarkən deyib:

“Dahi bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirovla layihəyə başlamışam. Məqsədim Fikrət Əmirovun bəstələrinə yeni nəfəs verməklə onların ömürlərini daha da uzatmaqdır. Layihəyə artıq start vermişik. Biz Fikrət Əmirovun "Göy-Göl", "Mən səni araram", "Reyhan" əsərlərini yenidən lentə aldıq, özü də Cəmil Əmirovun aranjimanı ilə. Bu mahnıları canlı olaraq zaman-zaman konsertlərimdə ifa etmişəm və tamaşaçılar tərəfindən çox gözəl qarşılanıb. Hətta Cəmil bəylə birlikdə Fikrət Əmirovun digər mahnılarından ibarət albom üzərində çalışırıq”.

Xalq artisti İlhamə Quliyevanın həmin mahnılara qadağa qoyması fikrinə münasibət bildirən müğənni bunları deyib:

İlhamə Quliyeva? O kimdir? İlhamə Quliyevanın qadağa qoymağa nə ixtiyarı çatır? Qoy o, əsl sənəti ilə məşğul olsun. Yəni, adam yedizdirməklə, tutdurmaqla, iş verməklə və sosial şəbəkədə montaj olunmuş şəkillərini yaymaqla... İlhamə Quliyevanın adı kriminal aləmində səslənir. O, gedib baltalamağında olsun. Amma bu dəfə kimisə deyil, başına bəla olan dilini... Gedib mənə yox, özünə qadağa qoysun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm