
Ötən gün müğənni Sevda Sanəliyevanın hamiləliyi barədə yerli mediada xəbərlər yayılıb.
Publika.az-a açıqlama verən ifaçı bu xəbəri təkzib edib:
“Xahiş edirəm, ondan-bundan eşitdiyiniz xəbərləri yazmayın. Hamilə deyiləm. Telefon nömrəm bütün jurnalistlərdə var. Zəng edib məndən soruşa bilərsiniz. Sevil və Sevinc bacılarının “Seva kökəlib, səbəbini deməyəcəm”, - sözlərini hamilə olmağıma yozublar. Əslində isə, onlar bizim evə qonaq gəlmişdi. Mən də piroq bişirmişdim. Onlar demək istəyib ki, şirniyyat yeyib kökəlmişəm. Bunun hamiləliklə əlaqəsi yoxdur”.
İsa Şükürov