• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

Məşhur diktor: “Bayağı danışıq tərzi məni qıcıqlandırır”- İRAD

  • Magazin1
  • 19 Fevral 2016 14:15
  • 1 434 Baxış
Məşhur diktor: “Bayağı danışıq tərzi məni qıcıqlandırır”- İRAD

Xalq artisti, məşhur diktor Ofeliya Sənani gənc həmkarlarından danışıb.

Publika.az-a açıqlama verən diktor bəzi aparıcılardan giley-güzar edib:

“Çox vaxt verilişlərə baxmıram, baxanda da çarəsizlikdən baxıram. Çünki bəzi aparıcıların diksiyası, ədası, bayağı danışıq tərzi məni qıcıqlandırır. Aparıcı ləhcə ilə danışanda sanki məni qılınclayırlar. Bu bir yana qalsın, özlərini də efirə uyğun apara bilmirlər”.

O.Sənani bəyəndiyi xəbər aparıcılarının da olduğunu gizlətməyib:

“ATV-nin xəbər aparıcılarının peşəkarlığı xoşuma gəlir. İTV-nin də aparıcıları seçilir. Amma adlarını çəkə bilməyəcəm, çünki adlarını yadımda saxlaya bilmirəm. Qalan telekanalların aparıcıları isə məni qane etmir”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR