İlkin Həsəni toy tarixindən danışdı – ÖZƏL (Yeniləndi)
Bizi izləyin

Magazin1

İlkin Həsəni toy tarixindən danışdı – ÖZƏL (Yeniləndi)

Teleaparıcı İlkin Həsəninin sevdiyi qızla fotosu yayılıb. Böyük marağa səbəb olan həmin fotoda teleaparıcının sevdiyi qızın üzü aydın görünmür.

Publika.az həmin xanımın kimliyi ilə maraqlanıb və onunla bağlı bəzi maraqlı məlumatlar əldə edib.

İlkin Həsəninin sevdiyi qız onun ATV-də iş yoldaşıdır. Adı Ayseldir. “ATV Maqazin onlarla” verilişinin müxbiridir.

Cütlüyün münasibətləri ciddiləşmək üzrədir. Hər iki ailə onların sevgisindən xəbərdardır və tezliklə nişanlanacaqları gözlənilir.

İlkin Həsəni Publika.az-a açıqlamasında xəbəri təsdiq edib. O bildirib ki, aralarında sevgi münasibətləri bir ildən çoxdur yaranıb:

“Bir ildən çoxdur münasibətimiz var. Bir-birimizi sevirik. Münasibətlərimiz də ciddidir. Nişan və toy barədə heç nə deməyəcəm. Münasibətimizdən hər iki ailənin xəbəri var”.

İlkin Həsəninin xahişini nəzərə alaraq nişanlısının fotolarını çıxarırıq.

Vüqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm