“Bağışla” - Məşhur rejissorun xatirəsinə
Bizi izləyin

Magazin1

“Bağışla” - Məşhur rejissorun xatirəsinə

Fevralın 24-də Dövlət Film Fondunda əməkdar incəsənət xadimi, professor, tanınmış televiziya rejissoru Tariyel Vəliyevin xatirə gecəsi keçiriləcək.

Film Fondundan Publika.az-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə reallaşacaq.

Qeyd edək ki, Tariyel Vəliyev Azərbaycan televiziya məkanında “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” kimi ilk çoxseriyalı televiziya tamaşalarının quruluşçu rejissorudur. Bir-birinin ardınca İsi Məlikzadənin “Qaranquş yuvası”, Seyid Hüseynin “Məhəbbət macərası”, Əzizə Əhmədovanın “Pəncərədə işıq”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, Mar Bayciyevin “Duel”, Anarın “Ötən ilin son gecəsi”, “Evləri köndələn yar”, Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam -1” teletamaşalarını çəkib. Bundan başqa, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyi ilə bağlı “Xalqa həsr olunmuş ömür” televiziya verilişinin, Qurtuluş günü ilə bağlı “Xilas günü”, eləcə də, “Heydər Əliyev-75”, “Əbədiyyət” verilişlərinin rejissoru olub.

T.Vəliyev 1988-ci ildən etibarən həm də pedaqoji fəaliyyətlə məşğul olub.

Rejissor 2012-ci il aprelin 24-də Bakıda vəfat edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm