15 yaşlı azərbaycanlı Rusiyanı heyrətləndirdi - VİDEO
Bizi izləyin

Magazin1

15 yaşlı azərbaycanlı Rusiyanı heyrətləndirdi - VİDEO

Rusiyanın Birinci kanalında uşaqlar arasında keçirilən "Qolos" səs yarışmasını yeni mövsümü başlayıb.

ANS-in məlumatına görə, bu dəfə tamaşaçılar qarşısında adlı-sanlı müəllimlərin komandası durub – Dima BilanŞ Pelaqeya və Leonid Aqutin.

Yeni mövsümün açılışına öz ifası ilə azərbaycanlı Azər Nəsibov damğa vurub. 15 yaşlı həmyerlimiz uşaqlıqdan sevdiyi Pelageyanın komandasını seçib. Azər Nəsibov həm də Pelageyanın komandasında birinci iştirakçı olub.

Azər Nəsibov yarışa "Scorpions" qrupunun "Maybe İ Maybe You" mahnısının kover versiyası ilə start verib. Nəsibovun ifası hər üç münsifi heyran edib. Azərin ifaşı yerli tamaşaçılar tərəfindən sürəkli alqışlarla müşayiət olunub. Onun ifası yerli publikaya xoş gəldiyindən tamaşaçılar “Afərin, Afərin, Afərin” deyə qışqırıblar. Növbəti mərhələyə adlayan həmyerlimiz yarışda iştirakını davam etdirir.

Leninqrad vilayətininVolxov rayonunun Syastroy şəhərində yaşayan Azər Nəsibov yaşadığı şəhərdə praktik olaraq bütün konsertlərin iştirakçısıdır. Azər artıq bir neçə müsabiqəni qalibi olub. Yazda Azər Nəsibov "Uşaqlıq Bayramı" Beynəlxalq festival-müsabiqənin Qran-prisini qazanaraq “Salzburg Stars” beynəlxalq müsabiqə-festivalına pulsuz səfərlə mükafatlandırılıb.

Qeyd edək ki, keçən il də uşaqlar arasında baş tutan "Qolos" səs yarışmasında azərbaycanlılar iştirak edib. Ötən ilki yarışmanın qalibi Maksim Fadayevin komandasında yarışan 14 yaşlı Səbinə Mustafayeva olub. Rusiyanın ən yaxşı uşaq səsi seçilən Səbinə özbəkdir və yarışmaya Daşkənddən qatılıb. Finalda "Aerosmith" qrupunun repertuarından "Crazy" mahnısını ifa edən qız tamaşaçılardan 46 faiz səs yığıb. Yevdokiya Malevskya və Səidə Muxametzyanova isə növbəti yerləri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm