Günay Eltona savaş açdı: “Kişiyə xas xüsusiyyət deyil”
Bizi izləyin

Magazin1

Günay Eltona savaş açdı: “Kişiyə xas xüsusiyyət deyil”

“Eltondan gözləməzdim. Mən onu 6-7 aydır görmürəm. Onun mənimlə problemi var? Tərbiyəm imkan vermir ki, ona öz dili ilə cavab verim. Heç bir kişi müğənnisi mənə rəqib deyil. 5-6 ay öncə mənə xanım deyib, səsimi bəyənən həmkarım indi əsl üzünü göstərdi”.

Bu sözləri müğənni Günay İbrahimli Elton Hüseynəliyevlə bağlı deyib. “ATV telekanalına müsahibə verən İbrahimli xanımlığını şübhə altına alan Eltona od püskürüb:

“Mənim xanımlığıma şübhə edənlərə demək istəyirəm ki, gedib öz problemlərini həll etsinlər. Kiminsə heyfini məndən çıxmaq lazım deyil. Öz problemini həll edəndən sonra qarşıma çıxıb mənə söz desinlər. Eltondan fərqli olaraq telefonum 24 saat açıqdır. Əlaqə vasitələri kəsilib ki, mən bu sözləri efirdən eşidirəm? Heç gözləməzdim. Kişi problemini kişi ilə həll edər. Bundan sonra mənə zəng eləsə də, onun cavabını verəcəm. Təəssüf onun nömrəsinə zəng çatmır”.

Xatırladaq ki, müğənni Günay İbrahimli Eltonun ATV telekanalında onunla bağlı dediyi bu fikrə əsəbiləşib:

“Bilmirəm qız deyim, xanım deyim. Onun hələ öyrənməyə çox şeyi var. O, hələ öz sözünü deməyib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm