• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Elton yıxıb-sürüdü: hədəf Aygündür, yoxsa Günay? - QALMAQAL

  • Magazin1
  • 22 Fevral 2016 12:45
  • 1 445 Baxış
Elton yıxıb-sürüdü: hədəf Aygündür, yoxsa Günay? - QALMAQAL

Son vaxtlar şou-biznesin gündəmindən düşməyən və adı daha çox xalq artisti, pop-diva Aygün Kazımova, daha sonra Günay İbrahimli ilə qalmaqallarda hallanan müğənni Elton Hüseynəliyev yenə qəzəblənib.

Publika.az xəbər verir ki, Elton sosial şəbəkədə ad çəkmədən ürəyini belə boşaldıb:

“Mən çox xoşbəxtəm. Hamımıza xoşbəxt olmağı arzu edirəm. Şər, iftira atmaq şeytan əməlidir. Bunları edən şeytanın quludur. Heç nə demirəm, zaman hər şeyi göstərəcək. Həyat gözəldir, bu həyatı şeytanlara yox, insanlara sərf etmək lazımdır”.

Çoxları Eltonun bu ifadələri xalq artisti Aygün Kazımova ilə Günay İbrahimlinin ünvanına söylədiyini zənn edir.

E. Hüseynəliyevin prodüseri Tolik Publika.az-a açıqlamasında bunları söyləyib:

“Son vaxtlar Eltonun düşmənlərinin sayı çoxalıb. Hər kəs onu vurmağa çalışır. Elton da bu sözləri həmin insanları nəzərdə tuturaq yazıb”.

Xatırladaq ki, Elton Hüseynəliyev ötən həftə də xalq artisti Brilyant Dadaşova ilə qalmaqal yaşamışdı.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR