Röya: "Əməliyyatlara görə oram-buram şişir"
Bizi izləyin

Magazin1

Röya: "Əməliyyatlara görə oram-buram şişir"

"General"a qədər gəlib çatmaq istəyirəm".

Publika.az xəbər verir ki, əməkdar artist Röya Ayxan Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə fəxri ad almasından danışarkən deyib:

"2 aya yaxındır ki, əməkdar artistəm. Bu diqqətə görə hər kəsə təşəkkür edirəm. Ağladığım videonu da Zamiq yayıb. Doğrudan da o mənim üçün ən böyük şok idi. Mənim üçün gözlənilməz idi. Mən sənət adamıyam, qadağalarım yoxdur. Təbii ki, bir çox şey var ki, onları daha ehtiyyatla, ölçüb-biçərək həyata keçirəcəm. Mənim arzularım var".

Tanınmış müğənni tez-tez arıqlaması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

"2005-ci ildə geyindiyim paltarları hələ də geyinirəm. Hüseyni dünyaya gətirdiyim vaxt dolu, toppuş qız olmuşdum. Sonra 50 kilodan o tərəfə qalxmamışam. Bəzən olur ki, keçirdiyim əməliyyatlara, aldığım narkozlara görə ordan-burdan şişirəm. Təzədən də yerinə oturur. 50 kiloyam, nə edə bilərəm? Hərdən arıqlayıram, o da əsəbə görə olur. Əsəbiləşəndə heç nə yeyə bilmirəm".

Sənətçi yeni yaradıcılıq işlərindən də danışıb:

"İstanbula hazırlaşıram. Aprelin 10-a qədər 4-cü sinqlımızı təqdim edəcəyik. Detalları açıqlamaq istəmirəm. Türkiyədə çıxacaq, səs-sədası bura gələcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm