
“Tezdən oyan” verilişinin aparıcısı Fira Novruz bayramının ab-havasındadır.
Publika.az-a açıqlama verən teleaparıcı Novruz bayramına xüsusi hazırlaşdığını bildirib:
“Novruz bizim milli bayramımızdır. Bu bayramın çoxsaylı adət-ənənələri var. Şirniyyatları isə bir-birindən ləzzətlidir. Ən çox sevdiyim məqam bu bayramda bir çox xanımın milli geyimlərə üstünlük verməsidir. Özümü Novruz bayramına tam hazır hiss edirəm”.
İsa Şükürov