Lalə Məmmədova: “Ad günümü sevdiyim insanla...”
Bizi izləyin

Magazin1

Lalə Məmmədova: “Ad günümü sevdiyim insanla...”

Bu gün əməkdar artist Lalə Məmmədova üçün özəl gündür. İfaçı 38 yaşına qədəm qoyur.

Publika.az-a açıqlama verən Lalə Məmmədova doğum gününü qeyd etmədiyini söyləyib:

“Ad günlərimdə çox həssas oluram. Kövrəlirəm. İnsanların diqqət və sevgisindən təsirlənirəm. Mən şou nümayəndələrindən fərqli olaraq təmtəraqlı ad günü qeyd etmirəm. Düşünürəm ki, insan ad gününü qazanmalıdır, bu günü səbəbkar üçün dostları, tanışları keçirməlidir. Yəqin, bunun da bir zamanı var. Nə vaxtsa, mən də həmin ad gününü qazanaram”.

Əməkdar artist yaşının üstünə yaş gəlməkdən narahat olmadığını bildirərək, qırışlarından da fəxrlə söhbət açıb:

“Yaşımın üstünə yaş gəlməsi məni qətiyyən narahat etmir. Güzgüyə baxanda görürəm ki, gözlərimin qırağında xırda qırışlar iz salır. Həmin qırışlar mənim həyat yolumdan, uğurlarımdan xəbər verir. İki övlad anasıyam. Heç vaxt bu qırışlara görə utanmayacağam. Artıq 38 yaşım var. Allah mənə 70-80 yaşı qismət etsin. Yaşadığım bu illər mənə çox şey verib. Bu səbəbdən, o illərin üzərindən heç vaxt xətt çəkə bilmərəm”.

Lalə xanım ən böyük arzusunu da dilə gətirib:

“Bu gün həyatımda sevgilim yoxdur. Var desəm, yalan olar. Həyatımda boşluqdur. Amma ətrafımda bu boşluğu doldurmaq ümidilə yaşayan insanlar var. Tələsmirəm. Hələ ki, kənardan seyr edirəm. Qismətdən qaçmaq olmaz. Səhərdən qapım döyülür, hədiyyələrim gəlir. Amma ad günümü sevdiyim insanla romantik şəkildə qeyd etmək istərdim. Ümid edirəm ki, bu da olacaq”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm