
Müğənni Natəvan Həbibi ilə bir vaxtlar yaxın dostu olan Kərim Abbasov arasında soyuq müharibə hələ də bitməyib.
Publika.az xəbər verir ki, tədbirlərin birində üz-üzə gələn ifaçıların salamlaşmaması bu münasibəti daha da gərginləşdirib.
K.Abbasov tədbir zamanı “MUZ TV”yə açıqlamasında onunla küsülü
olmadığını deyib:
“Natəvan hardadır? Mən heç kimi görmədim. Görsəydim, salamlaşardım.
Heç kimlə küsülü deyiləm”.
N.Həbibi isə həmkarı ilə münasibətlərinin olmadığını etiraf
edib:
“Mən onu görmədim. Onunla heç münasibətim də yoxdur. Kimsə
yaxınlaşıb salam vermirsə, demək, belədir”.
Qeyd edək ki, K.Abbasovun xalq artisti Aygün Kazımova ilə
yaxınlaşması Həbibinin xoşuna gəlməyib. İfaçılar arasındakı
küsülülüyə səbəb də bu olub.
Cəvahir