Pərvin Abıyeva dəniz kənarında sevgi təklifi alıb
Bizi izləyin

Magazin1

Pərvin Abıyeva dəniz kənarında sevgi təklifi alıb

Azərbaycanlı model Pərvin Abıyeva şəxsi həyatı haqda maraqlı açıqlamalar edib.

Publika.az xəbər verir ki, Xəzər telekanalında qonaq olan model onu sevən şəxsdən və yaxın rəfiqəsindən danışıb:

“Məni sevən şəxs vardı. Sevgisini dənizkənarında atəşfəşanlıqla, havada adımın yazılması ilə bildirmişdi. Amma onu sevmədiyim üçün təklifi rədd etdim. Həmin şəxs dostum idi”.

Xanım model rəfiqə seçimində yanıldığını da dilə gətirib:

“Ən yaxın rəfiqəm məni bir kürkə satan adam imiş. İndi onun efirə zəng edib dediklərimə cavab verməyə üzü çatmaz. Onu özüm kimi bilirdim. Düşünürdüm, qarşısına milyonlar töksələr də, gözünün ucu ilə baxmaz. Hətta məni sevən oğlana haqqımda nalayiq sözlər demişdi. Odur ki, rəfiqə seçəndə diqqətli olmaq lazımdır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm