Tanınmış teleaparıcımızın səhhəti ilə bağlı SON DURUM
Bizi izləyin

Magazin1

Tanınmış teleaparıcımızın səhhəti ilə bağlı SON DURUM

Sabir Ələsgərovun səhhətində müəyyən irəliləyiş var.

Bunu Publika-az-a açıqlamasında məşhur diktorun qızı Mehriban Ələsgərova söyləyib:

“Atamın səhhətində azca irəliləyiş var. Bu gün dializə qoşulacaq. Qanında zəhərlənmə var. Aparat vasitəsilə bütün qanı təmizlənəcək. Əks halda, bütün orqanlar sıradan çıxa bilər. Bu, bahalı aparatdır. Bir günü 1000 AZN-dir. Allahın köməyilə ona çox ehtiyac olmaz. Bir-iki günün xərclərini özümüz ödəyə bilərik. Lakin aparatda çox qalmalı olsa, köməyə ehtiyacımız olacaq”.

M. Ələsgərova atasının huşsuz olmadığını da əlavə edib:

“Ətrafda baş verən hər şeyi görür və dərk edir. Amma gəzə bilmir. Əvvəllər səhhətində belə problemi olmayıb. Vəziyyəti pisləşəndən sonra məlum oldu”.

Xatırladaq ki, ötən gün xalq artisti Sabir Ələsgərovun səhhəti qəfil pisləşib və o, reanimasiyaya yerləşdirilib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm