• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

LİDER TV-nin efirində qarşıdurma – FOTOLAR

  • Magazin1
  • 25 Fevral 2016 12:45
  • 2 819 Baxış
LİDER TV-nin efirində qarşıdurma – FOTOLAR

Bu gün LİDER telekanalının efirində yayımlanan “Tezdən oyan” verilişinin efirində maraqlı anlar yaşanıb.

Publika.az xəbər verir ki, verilişin formatına uyğun olaraq, hər gün bir mövzu ətrafında suallar qoyulur və sosial şəbəkə istifadəçiləri verilişin “Instagram” və “Facebook” səhifələrində həmin mövzuya münasibət bildirir.

Tamaşaçılardan biri isə mütəmadi olaraq aparıcıların kefinə soğan doğrayır. Nəhayət, əsəbləri tarıma çəkilən xanım teleaparıcı öz etirazını efir vasitəsilə dilə gətirib:

“Mikayılova Rəna adlı bir tamaşaçımız var. Çox aqressivdir. Deyəsən, psixoloji durumunda problemləri var. Hər səhər öz neqativini bizim üzərimizə tökmək istəyir. Bu, düzgün deyil. Bəyənmirsinizsə, baxmayın!”

Həmkarının bu sözlərinə aparıcı Fira bu cür münasibət bildirib:

“Mən razı deyiləm. Qoy izləsinlər. Studiyada 3 aparıcıyıq. Hamımızı eyni cür sevə bilməzlər. Məni sevməyən digərlərini sevə bilər və ya əksinə. Sevməsəniz də, hörmət etmək lazımdır. Təhqirə keçməmək şərtilə istənilən tənqidə açığıq. Onlardan nəticə çıxarmağı bacarırıq. Məsələn, mənim kilolu olmağımı o qədər tənqid etdilər ki, arıqlamağa başladım”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR