İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı - YENİLƏNİB
Bizi izləyin

Magazin1

İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı - YENİLƏNİB

“Həkim rəyinə əsasən, İlhamə Quliyeva ürək çatışmazlığından vəfat edib”.

Bunu jurnalistlərə açıqlamasında mərhum xalq artistinin qohumu, müğənni Əli Mirəliyev deyib.

Onun sözlərinə görə, səhər saatlarında İlhamə Quliyevanın ürəyində problem yaranıb:

“Köməkçisindən məni və qızımı çağırmasını istəyib, on dəqiqə içərisində vəfat edib”.

***

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a İ.Quliyevanın ölüm xəbərini təsdiqləyiblər. Bildirilib ki, xalq artistinin səhhəti qəfildən pisləşib və təcili yardım çağırılıb. Lakin təcili yardım həkimlərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***

İlhamə Quliyevanın ölüm xəbərini onun mobil telefonuna cavab verən müğənni Əli Mirəliyev təsdiq edib: "İlhamə yoxdu, öldü".

***

İlhamə Quliyevanın oğlu Orxan Nadirov Publika.az-a açıqlamasında bu barədə məlumatsız olduğunu bildirib və dərhal telefonu söndürüb.

***

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə ilk olaraq sosial şəbəkədə məlumat yayılıb.

İlkin xəbərə görə, müğənninin halı qəfildən pisləşib. Təcili tibbi yardım maşını çağırılıb, lakin onu özünə gətirə bilməyiblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm