Natəvan İlhamə Quliyevanın ölümü barədə: “Vicdan əzabı çəkərdim”
Bizi izləyin

Magazin1

Natəvan İlhamə Quliyevanın ölümü barədə: “Vicdan əzabı çəkərdim”

Natəvan Həbibi bir müddət küsülü olduğu İlhamə Quliyevanın ölüm xəbərinə münasibət bildirib.

Publika.az-a açıqlama verən Həbibi İlhamə Quliyeva ilə barışmasa, ömrü boyu peşmanlıq çəkəcəyini dilə gətirib:

“Ölüm Allahın əlindədir. Heç bir insanın ölümünün necə, nə vaxt baş verəcəyindən xəbəri yoxdur. Elə 3 gün öncə məclislərin birində İlhamə xanımla görüşdük, deyib-güldük. Bilirsiniz ki, bir müddət İlhamə xanımla aramızda soyuqluq yaranmışdı, münasibətin bərpa olunması, incikliyin aradan qaldırılması qəlbimi rahatladıb. Çünki incikli halda həyatdan köçməsi mənə vicdan əzabı yaşadardı. Bu xəbər çox gözlənilməz oldu. Hələ də inana bilmirəm. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin...”

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm