Elzadan İlhaməyə: "Elə ölün ki..."
Bizi izləyin

Magazin1

Elzadan İlhaməyə: "Elə ölün ki..."

Bir müddət öncə Raminə Eyvazqızının "Primadonna kriminal avtoritetdir?" yazısını oxudum. Yazı çox peşəkarcasına yazılmışdı. Çox təsirləndim və elə bu şeiri yazdım. İndi bu şeri İlhamə xanımın ölmünə həsr edirəm.

Bu sözləri Sputnik-ə əməkdar artist, bəstəkar və müğənni, son dövrlərdə özünün qeyri-adi şeirləri ilə dillərdə dastan olan Elza Seyidcahan deyib. İlhamə Quliyevanın ona qarşı etdiyi haqsızlıqlara baxmayaraq, onu bağışladığını deyən Elza Seyidcahan bu şeri oxucularla bölüşməyimizi istəyib.

Şeir "ÖLÜN…" adlanır.

SEVIN KÏ,YAŞAYASIZ

ELƏ SEVİN Kİ,ÖLƏSİZ

ÖLƏNDƏ ELƏ ÖLÜN Kİ,

QƏBRÏNIZ ÜSTƏ GƏLƏN OLSUN,

ÜSTÜNÜZƏ SU SƏPƏN OLSUN,

QƏBRİNİZDƏ ÇİÇƏK OLSUN,

ÇİÇƏKLƏRİ BİTƏN GƏLİB

DƏRƏN OLSUN,

SİNƏNİZƏ SƏRƏN OLSUN.

BİZƏ HALALLIQ VERƏN OLSUN.

KAM ALAN OLSUN,

HALALLIQDAN QULAQLARI

KAR OLAN OLSUN.

ÖLƏNDƏ ELƏ ÖLƏK Kİ,

O YERLƏRƏ GEDƏK Kİ,

SÜFRƏMİZİ SƏRƏK Kİ,

SÜFRƏMÏZDƏ SU OLSUN

QOY ONUN GÖZÜ ÜSTÜMÜZDƏ OLSUN.

KÖKSÜ ÜSTƏ BÏR KÖZ OLSUN,

KÖZ —KÖZ OLSUN ARDIMIZCA

BAXAN BÜTÜN DƏRDLƏRÏN.

BİZ O YERLƏRƏ GEDƏK Kİ,

DESİNLƏR Kİ,

BİZ DƏ GEDƏK,

ONUN BİZƏ SÖZÜ OLSUN.

BİRİMİZ ORDA,BİRİMİZ BURDA,

BİRİMİZ YOLDA,BİRİMİZ SUDA

ÖLƏCƏYÏK.

ÖLƏNDƏ ELƏ ÖLƏK Kİ,

BİZ O QƏBÏRƏ GEDƏK Kİ,

KƏFƏNÏMIZ GƏLİN OLSUN

QƏBİRDƏ BÏZÏ GÖRƏN OLSUN,

GÖZLƏYƏN OLSUN.

GƏLƏN OLSUN QƏBRÏMÏZ ÜSTƏ,

DEYƏN OLSUN,

SÏNƏMÏZ ÜSTƏ ÖLƏN OLSUN.

ÖLƏNDƏ ELƏ ÖLƏK Kİ,

İKİMİZ OLSUN.

BU OLMASIN,O OLSUN.

O OLMASIN,

TOY OLSUN,BAYRAM OLSUN.

SEVGÏLÏLƏR BÏR ÖLSÜN

EŚQ SEVƏNLƏRÏN OLSUN…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm