Magazin1
Tanınmış diktora diaqnoz qoyuldu
Azərbaycanın tanınmış diktoru Sabir Ələsgərovun vəziyyəti ağır dəyərləndirilir, yuxuya meyillidir.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikanın baş həkimi Ramin Bayramov deyib.
R.Bayramov bildirib ki, S.Ələsgərov ötən gün xəstəxananın ümumi terapiya şöbəsinə yerləşdirilib. Analizlər aparılandan sonra onun reanimasiya şöbəsinə yerləşdirilməsi barədə qərar qəbul edilib:
“Aparılan analizlərdən sonra onun vəziyyətinin ciddi olduğu məlum olub. Ailəsinin sözlərinə görə, Sabir Ələsgərovda bir il əvvəl narahatlıqlar müşahidə edilib. Onda ürəkbulanma olub, ət məhsullarından imtina edib. Ailə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Orada müalicə edilib. Bir neçə gün əvvəl isə onda öskürək, təngnəfəslik olub. Klinikamıza müraciət edəndən sonra müayinə edilib, ona intensiv terapiya tətbiq edilir. Qan göstəriciləri və təzyiqi aşağıdır. Həkimlərimizin keçirdiyi konsilium əsasında Sabir Ələsgərova xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Həmçinin qanazlığı var, böyrək probleminə görə qanında kreatinin miqdarı yüksəlib. Hələ ki dializ tətbiq edilməsinə ehtiyac duymuruq. Hazırda klinikamızda fasiləsiz böyrək əvəzedici cihaz var, həmin cihazla böyrək problemini aradan qaldırmağa çalışırıq. Həmin cihaz dializdən daha yaxşıdır”.
R.Bayramov Sabir ƏIəsgərovun vəziyyətinin nəzarət altında olduğunu bildirib.
Gülxar
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu